
Təchizat xidmətləri
Şirkətimiz tərəfdaş şirkətlərin fəaliyyətində etibarlı strateji təchizat partnyoru kimi çıxış edir. Məqsədimiz müştərilərimizin satınalma strategiyalarına uyğun şəkildə, onların biznes ehtiyaclarını tam qarşılayan ən optimal mal-material və xidmətlərlə təmin olunmasını təmin etməkdir.
Bu portfel üzrə xidmətlərimiz aşağıdakı istiqamətləri əhatə edir:
Satınalma proseslərinə peşəkar dəstək və məsləhət xidməti göstərilməsi,
Müxtəlif sənaye və xidmət sahələri üçün keyfiyyətli mal-material və avadanlığın tədarükü,
Tərəfdaş şirkətlərin strateji hədəflərinə uyğun təchizat zəncirinin təşkili və optimallaşdırılması.
Şirkətimiz həmçinin öz sahəsində uğurlu olan beynəlxalq brendlərin Azərbaycan ərazisində rəsmi nümayəndəliyini həyata keçirir, onların tanıdılması, satışının təşkili və distribusiya fəaliyyətlərini idarə edir. Bununla müştərilərimizə etibarlı və sınanmış həllər təqdim edirik.
Geniş tərəfdaş şəbəkəmiz və təcrübəmiz sayəsində biz mal-materialı ən münasib qiymətə tədarük edir, sifarişləri operativ və vaxtında müştərilərimizə çatdırırıq. Təchizat prosesində əsas prioritetlərimiz keyfiyyət, etibarlılıq və səmərəlilikdir.