Logo Image
  • Haqqımızda
    • Şirkət Haqqında
    • Direktorun Mesajı
    • Keyfiyyət Siyasəti
    • SƏTƏM siyasəti
    • Dayanıqlılıq
    • Şirkətlərimiz
  • Portfel
    • İnşaat və əmlak portfeli
    • Avadanlıqların Təmir, Quraşdırma və Qulluq Xidmətləri
    • Neft, qaz və su quyularının qazılması və təmiri xidmətləri
    • Təchizat xidmətləri
    • Keyfiyyət Təminatı və Sertifikatlaşdırma Xidmətləri
    • Avadanlıqların İcarəsi və Daşıma Xidmətləri
  • Sektorlar
    • Neft-qaz və kimya sənayesi
    • Metallurgiya və Mədən sənayesi
    • Meliorasiya və su təsərrüfatı
    • İnformasiya texnologiyaları
  • HR
    • İnsan resursları siyasətimiz
    • Vakansiyalarımız
  • Layihələrimiz
  • Xəbərlər
  • Əlaqə

“Caspian Capital Group” təltif edilib

  • Ana Səhifə
  • Xəbərlər
  • “Caspian Capital Group” təltif edilib
“Caspian Capital Group” təltif edilib

“Caspian Capital Group” təltif edilib

05 May 2024

“Caspian Capital Group”un sponsorluğu, Türk Dövlətləri Təşkilatının (TDT) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri İqtisadi Forumu 2024 (TDEF) Türk dünyasının öndə gələn iş adamlarını, sərmayəçilərini və dövlət adamlarını bir araya gətirdi.

Mayın 2-3 tarixlərində türkdilli ölkələr arasında ilk dəfə keçirilən tədbir, bu ölkələrdə mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyırdı.

Forumda “Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq, onun təsiri və qlobal iqtisadiyyata töhfəsi”, "Çin yoxsa Hindistan Yolu? Ələt Azad Ticarət Zonasının əhəmiyyəti", "Türk qadını; Qadın Sahibkarların İnkişafı" və “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçirilib.

Qeyd edək ki, panel müzakirələrdə ”Caspian Capital Group” şirkətinin İcraçı direktoru Elvin Mahmudov da iştirak edib. 

Tədbirin sonunda forumun təşkil olunmasında göstərdiyi dəstəyə görə, “Caspian Capital Group” şirkəti "Təşəkkürnamə" ilə təltif olunub. Mükafatı Milli Məclisin deputatı Məzahir Əfəndiyev ”Caspian Capital Group” şirkətinin İcraçı direktoru Elvin Mahmudova təqdim edib.

Son Xəbərlər
  • Şirktimiz Comelson Business Fo...
    Şirktimiz Comelson Business Fo...
    23 Sentyabr 2025
  • Türkiyəli jurnalist Fulya Öz...
    Türkiyəli jurnalist Fulya Öz...
    26 Fevral 2025
  • Caspian Capital Group beynəlxa...
    Caspian Capital Group beynəlxa...
    12 Fevral 2025
  • "Şərq Bazarı" ticarə...
    "Şərq Bazarı" ticarə...
    04 Dekabr 2024
  • Şirkət Haqqında
  • Direktorun Mesajı
  • Keyfiyyət Siyasəti
  • Sətəm Siyasəti
  • Dayanıqlılıq
  • İnsan Resursları Siyasətimiz
  • Vakansiyalarımız
  • Şirkətlərimiz
  • Layihələrimiz
  • Xəbərlər
  • Əlaqə
Müəllif Hüquqları © Araz İnşaat və Sənaye Tresti. Saytı hazırlayan: Renaex Tech
Yazmağa başlayın və axtarış üçün Enter düyməsini basın